Uqanda yaraqlıları Konqo DR-ya hücum edərək 12 nəfəri öldürüb
22-10-2018, 07:06
Konqo Demokratik Respublikasının Şimali Kivu əyalətində Uqandanın "Demokratik qüvvələr alyansı" qruplaşmasının yaraqlılarının silahlı hücumu nəticəsində biri hərbçi olmaqla azı 12 yerli sakin həlak olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Fransanın "France Internationale" radiostansiyası məlumat yayıb.
Bildirilir ki, hücum şənbə günündən bazar gününə keçən gecə Beni şəhərində baş verib. Baş verənlərdən heyrətə gələn şəhər sakinləri küçələrə axışaraq etiraz aksiyaları keçiriblər. bu zaman polis nümayişçilərə qarşı rezin güllə və gözyaşardıcı qaz tətbiq edib.
"Franc-Press"in məlumatına görə, hücum zamanı 10-u uşaq olmaqla 15 nəfər oğurlanıb.
Bundan əvvəl Konqoda benzindaşıyan maşının yanması nəticəsində 60 nəfər ölüb.