Misirdə həkimlər ingilis turistin ürək və böyrəyini çıxardıb - BBC

22-10-2018, 07:14           
Misirdə həkimlər ingilis turistin ürək və böyrəyini çıxardıb - BBC
O, basseynə düşərək dünyasını dəyişib

Misirin Xurqada kurort şəhərində qəribə hadisə verib. Həkimlər Böyük Britaniyadan ailəsi ilə birgə dincəlməyə gələn 62 yaşlı Devid Xamfrisin ürək və böyrəyini kəsib götürüblər.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı BBC yayıb.

İstirahət zamanı ailə başçısının ürəyi ağrıyıb və onu təcili həkimə aparıblar.

Xəstəxanadan qayıdandan sonra isə o, nəvələri ilə basseynin kənarında oynayarkən qəfildən suya yıxılıb və dünyasını dəyişib.

Onun meyitini Britaniyaya gətirdikdən sonra həkimlər aşkar ediblər ki, Devidin ürək və böyrəyini Misirdə kəsib götürüblər.

59 yaşlı Linda bildirib ki, Misirdə həkimlər həyat yoldaşının daxili orqanlarını götürdükləri haqda ona heç nə deməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru