Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb - FOTOLAR

22-10-2018, 09:15           
Yevlaxda eramızdan əvvələ aid “Bərəkət ilahəsi” tapılıb - FOTOLAR
Yevlax rayonunda eramızdan əvvəl II əsr - bizim eranın II əsrlərini əhatə edən qədim əşyalar tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Səmədabad kəndi ərazisindəki Küp qəbir nekrapolunda aparılan qazıntı işləri zamanı zamanı bardaq, vaza tipli gil qablar, tunc qolbaq və şüşə muncuq aşkar edilib.

Boru kəmərinin çəkilişi zamanı üzə çıxan tapıntılar Yevlax Tarix Diyarşünaslıq muzeyinə təhvil verilib. Əşyalar arasında maraqlı görünüşə malik gildən hazırlanmış “Bərəkət ilahəsi”nin həmin dövrün insanları üçün xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Bu əşya qədim insanların inanc vasitəsi olub.

Gildən hazırlanmış “Bərəkət ilahəsi”nə Yevlax ərazisində ilk dəfədir ki, rast gəlinir.

Bundan əvvəl Mərakeşdə 90 min il yaşı olan qədim bıçaq tapılıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru