Azərbaycanlı avtoritetin dəhşətli qətl anı - Video/23+

22-10-2018, 21:56           
Azərbaycanlı avtoritetin dəhşətli qətl anı - Video/23+
Moskvanın cənubunda əslən azərbaycanlı olan, kriminal aləmdə “Maqa Ağcabədili” kimi tanınan Məhəmməd Əli qətlə yetirilib.

Oxu.az-ın xəbərinə görə, hadisənin görüntüləri müşahidə kameralına düşüb.

Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, hadisə oktyabrın 20-də Moskvanın cənubunda Azovski küçəsində baş verib.

Kadrlarda skamyada iki kişinin söhbət etdiyi görünür. Onların söhbəti bir anda mübahisəyə çevrilir və tərəflərdən biri digərinə bıçaqla çoxsaylı zərbələr endirir.

Bundan sonra cinayətkar hadisə yerindən uzaqlaşır. Rusiya hüquq-mühafizə orqanları tərəfindən qatilin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru