Bakıda 10 yaşlı uşaq kişini güllələdi

23-10-2018, 00:03           
Bakıda 10 yaşlı uşaq kişini güllələdi
Kişi azyaşlı uşağın açdığı atəş nəticəsində ölüb: ehtiyatsızlıq səbəbindən baş verən qətl hadisəsi oktyabrın 20-də Qaradağ rayonunda qeydə alınıb. Bu məlumatı “Sputnik Azərbaycan” Qaradağ rayon polis idarəsinə istinadla yayıb.

Rayonun qaçqın və məcburi köçkünlər üçün salınan Ümid qəsəbəsində “Hatsan Apachi” markalı pnevmatik tapançadan açılan atəş nəticəsində Abbaszadə Rəsul Teymur oğlu öldürülüb.

Aparılan araşdırmalar zamanı onun ehtiyatsızlıq nəticəsində 10 yaşlı qohumu R.N. tərəfindən açılan atəş nəticəsində öldüyü məlum olub. Məlum olub ki, uşaq atasının silahını oynadan zaman qəfil atəş açılıb və güllə Rəsulun ürəyinə tuş gəlib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru