Bakıdakı ən böyük tibb obyekti özəlləşdirməyə çıxarılır - FOTO

23-10-2018, 07:27           
Bakıdakı ən böyük tibb obyekti özəlləşdirməyə çıxarılır - FOTO
Əmlak Məsələləri Dövlət Komitəsi “Milli Sağlamlıq Mərkəzi”ni (MSM) özəl idarəetməyə verməyi planlaşdırır.

2011-ci ildən tikilən Bakıdakı ən iri tibb müəssisəsi hələlik istismara verilməyib. MSM Bakıda Heydər Əliyev prospektində yerləşir və 4,2 hektar ərazini tutur. Mərkəz Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibbi Xidmətinə tabedir. MSM-in tikintisinə və texniki təchizatına dövlət investisiyasının həcmi barədə məlumat verilmir.

ƏMDK bildirir ki, MSM-in əsas binası artıq tikilib. 18 mərtəbəli xəstəxanada 542 xəstəxana çarpayısı, o cümlədən reanimasiya şöbəsində 71 yataq var. Mərkəzdə bir ildə 50 min xəstə, o cümlədən 15 minə qədər stasionar xəstə müalicə oluna biləcək. MSM-də poliklinika, diaqnostika xidməti, qan bankı, cərrahiyyə şöbəsi, təcili yardım və s var.

Əvvəllər ƏMDK Bakıda iki yeraltı avtomobil qarajını idarəetməyə vermək planını açıqlamışdı, amma hələlik onun həyata keçirilməsinə başlanmayıb. (Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru