Daşkəsəndə DƏHŞƏT: Şərəfsiz oğul valideynlərini döyüb, bu hala saldı - FOTO

23-10-2018, 16:47           
Daşkəsəndə DƏHŞƏT: Şərəfsiz oğul valideynlərini döyüb, bu hala saldı - FOTO
Daşkəsəndə valideynlərini döyərək küt alətlə xəsarət yetirən şəxs saxlanılıb.
Teref.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Qafqazinfo"ya verdiyi məlumata görə, sentyabrın 13-də saat 19:00 radələrində Daşkəsən rayonu Tapan kəndində yaşayan İlyas Bağırov və Tamara Bağırovanın baş və bədən nahiyyələrinə, küt və kəsici alətlərlə döyülərək çoxsaylı xəsarətlər alıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.1 və 126.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənlərin övladı Bağırov Firdovsi saxlanılıb. Hadisənin təqsirləndirilən şəxsin içkili olması və şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub. F.Bağırov tutduğu əməldən peşman olduğunu deyib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru