Romada rus və italiyalı azarkeşlər arasında kütləvi dava olub - FOTO

24-10-2018, 07:39           
Romada rus və italiyalı azarkeşlər arasında kütləvi dava olub - FOTO
Çərşənbə axşamı İtaliya paytaxtında yerləşən "Stadio Olimpiko" stadionu yaxınlığında "Roma" və MOİK klubları arasında keçirilən Çempionlar Liqası oyunu öncəsi yerli və rusiyalı azarkeşlər arasında iki kütləvi dava olub.

“Report” xəbər verir ki, bu barədə ANSA agentliyinin "Twitter" səhifəsi məlumat yayıb.

Dava nəticəsində bir Rusiya vətəndaşı bıçaqlanıb, daha ikisi isə döyülüb.

Fanatların davasına polis su şırnağı ilə müdaxilə edib.

"Il Messaggero" qəzetinin yazdığına görə, münaqişə zamanı iki Rusiya və bir İtaliya vətəndaşı saxlanılıb, həmçinin 15 "Roma" azarkeşinin sənədləri yoxlanılıb. Onların polis bölməsinə aparılıb-aparılmadığı məlum deyil.

Nəşrin məlumatına görə, davalardan biri "Stadio Olimpiko" yaxınlığındakı Duka d'Aosta körpüsündə, digəri isə Mançini meydanında baş verib.

Bundan əvvəl Roma metrosunda Rusiya azarkeşlərinin içkili vəziyyətdə atılıb-düşməsi səbəbindən eskalatorun qırılması nəticəsində 30 nəfər yaralanıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru