Tramp Kaşıkçının ölümündən danışdı: Bu, tarixdə üstü örtülən ən pis hadisədir

24-10-2018, 07:56           
Tramp Kaşıkçının ölümündən danışdı: Bu, tarixdə üstü örtülən ən pis hadisədir
“Bu, tarixdə üstü örtülən ən pis hadisədir”.

Musavat.com-un məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Tramp Camal Kaşıkçının ölümü ilə bağlı danışarkən deyib. ABŞ prezidenti Kaşıkçının qətli ilə bağlı Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. O, bildirib ki, Kaşıkçı ilə bağlı bütün gerçəklər açığa çıxandan sonra qərar verəcək. Tramp qeyd edib ki, Kaşıkçı hadisəsi ilə bağlı digər ölkələrin də prezidentləri ilə danışıb və baş verənlər rəhbərləri məyus edib.



Qeyd edək ki, Səudiyyəli jurnalist Camal Kaşıkçı oktyabrın 2-də sənəd işləmləri üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğuna getmiş və daha sonra ondan xəbər alınmamışdı. Daha sonra Səudiyyə Ərəbistanı jurnalistin konsulluqda öldürüldüyünü təsdiqləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru