Tağı İbrahimov borca görə İstanbula qaçıb? - İddia
21-10-2015, 16:33
"Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynov keçmiş ortağı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov haqda şok iddia səsləndirib.
“Qafqazinfo” xəbər verir ki, R.Hüseynov "Bizim Yol" qəzetinə bildirib ki, T.İbrahimov banklara və əhaliyə ödəyə bilmədiyi borclar ucbatından Türkiyəyə sığınıb: "Tağı İbrahimov Nikoil Bankdan xeyli kredit götürüb, aldığım məlumata görə, kredit məbləği 12-13 milyon manat civarındadır və pul "Nehrəm Holding" üçün alınıb. Borcunu ödəyə bilmədiyi üçün İstanbula qaçıb. Bankın borcunu qaytara bilmədiyi üçün binanın tikintisini bank üzərinə götürüb”.
Qeyd edək ki, R.Hüseynov və T.İbrahimov ortaq olublar və Həsən Əliyev küçəsi 33 ünvanda tikdikləri 16 mərtəbəli, ikibloklu binada mənzillərin bölüşdürülməsi zamanı aralarında problem yaranıb. R. Hüseynov həmin binanın tikintisinə 3 milyon 883 min manat vəsait xərclədiyini deyir.