Komitə rəhbəri qaynını niyə qorumadı? – İDDİA
6-04-2015, 16:45
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qaynından imtina edib. Tia.az-a daxil olan məlumata görə, komitə rəhbəri dələduz qohumunun başlayacaq məhkəməsinə qarışmır. Baş Prokurorluğun məlumatına görə, “Sahil D Company” MMC-nin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı artıq yekunlaşıb.
Komitə rəhbərinin dələduzluğa görə həbs olunmuş qayını Məzahir Cəfərov “Sahil D Company” MMC direktoru işləyib. Şirkətin təsisçisi isə Taleh Abdullayevdir. T.Abdullayev komitə sədrinin qardaşı Sahil İbrahimov və qayını M.Cəfərovla şərik olub.
Xəbərə görə, nə şərik, nə də qaynın həbsdən xilas üçün dəstəyi olacaq. Komitə rəhbəri onların cəzalandırılmasını tələb edib.
Onlar Xətai rayonu ərazisində inşa edilən çoxmərtəbəli yaşayış binasında müxtəlif mənzilləri ayrı-ayrı şəxslərə satmaqla 1 milyon 160 min manat məbləğində özgə əmlakını aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsəmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham elan olunub.
İstintaq zamanı 775 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.