Qəzaya düşən təyyarədəki sərnişinlərin adları açıqlandı - Azərbaycanlı da var

26-02-2019, 18:30           
Qəzaya düşən təyyarədəki sərnişinlərin adları açıqlandı - Azərbaycanlı da var
Xəbər verdiyimiz kimi, bu gün Bakıdan havaya qalxan “Qolfstrim” biznes-jet təyyarəsi Moskvanın Şeremetyevo hava limanında uçuş-enmə zolağından kənara çıxıb. Göyərtədə iki pilot və üç sərnişin olmaqla 5 nəfər olub.

“Qafqazinfo” “REN TV”yə istinadən xəbər verir ki, sərnişinlərin kimliyi məlum olub. Bunlar Azərbaycan vətəndaşı Asif Ələkbərov, Rusiya vətəndaşı Ariya Axmadova və Belarus vətəndaşı Valentina Davıdovskayadır.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsi faktla bağlı “Yol hərəkəti təhlükəsizliyi qaydaları və təyyarə əməliyyatlarının pozulması” maddəsi üzrə cinayət işi açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru