Moskvada saxlanılan azərbaycanlılarla bağlı səfirlikdən açıqlama: "Xəbərimiz yoxdur"

26-02-2019, 21:22           
Moskvada saxlanılan azərbaycanlılarla bağlı səfirlikdən açıqlama: "Xəbərimiz yoxdur"
Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Rusiyanın Moskva şəhərində yaşayan soydaşlarımız maşınlarını dövlət bayrağı ilə bəzəyərək Azərbaycan səfirliyinin önünə istiqamətləniblər.

Teref.az yenicag.az-a istinadən xəbər verir ki, Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün səfirliyin önünə gül dəstələri qoymağa gedən soydaşlarımızın qarşısını yerli hüquq-mühafizə orqanının əməkdaşları alıb.

Maşınları saxladan polis əməkdaşları bayraqları söküblər. Manej meydanında saxlanılan həmyerlilərimiz Kitay Qorod rayonunun polis şöbəsinə aparılıblar.

Məsələ ilə bağlı yenicag.az-ın əməkdaşı Azərbaycanın Rusiyadakı səfirliyinə zəng edib. Səfirlikdən məsələdən xəbərsiz olduqlarını bildiriblər. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva isə zəngimizi cavabsız qoyub.

Qeyd edək ki, hazırda polis şöbəsində saxlanılan azərbaycanlıların sayı 50-yə yaxındır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru