İki ay ərzində qan qusan şəxsin qəribə xəstəlik səbəbi – Həkimdən çağırış

27-02-2019, 00:00           
İki ay ərzində qan qusan şəxsin qəribə xəstəlik səbəbi – Həkimdən çağırış
İki ay boyunca qan qusan adamın xəstəlik səbəbi hamını heyrətləndirdi.

Moderator.az xarici sayta istinadən xəbər verir ki, Çində iki ay boyunca qan qusan adamın xəstəliyinin səbəbi hər kəsi heyrətləndirdi. Sən demə, həmin şəxs iki aydır, boğazında zəli ilə yaşayırmış.

Aşkarlandığı zaman uzunluğu 10 sm-ə qədər olan zəlinin xəstənin boğazına hələ bilinməyəcək qədər kiçik olarkən girdiyi güman edilir.



Zəlinin xəstənin boğazına su ilə keçdiyi təxmin edilir. Xəstənin öskürərək, qan qusmasına səbəb olan da bu imiş.
Adı açıqlanmayan 60 yaşındakı xəstənin boğazındakı zəli həkimlər tərəfindən çıxarıldıqdan sonra öskürək kəsilib və sağlıq yerinə qayıdıb.

Həkim əməliyyatdan sonra zəlinin qaynadılmamış sudan keçdiyini bildirib və hər kəsi qaynanmış su içməyə səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru