Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı

27-02-2019, 00:00           
Bakıda məşhur restoranın sahibinin meyiti tapıldı
Bakıda məşhur ailə restoranı olan "Şır-Şır”da iaşə obyektinin sahibi Elbrus Hüseynovun meyiti tapılıb.

Teref.az-ın "Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, məlumat Binəqədi Rayon Polis İdarəsindən alınıb.

Məlumata görə, Elburus Hüseynovun cəsədində zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin araşdırmaların nəticələrinə görə, restoran sahibi onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma davam etdirilir.

Mərhumun yaxlnlarının virtualaz.org-a bildirdiyinə görə, E.Hüseynov öz evində insultdan keçinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru