İsa Peyğəmbərin 300 illik heykəlində sirli məktub – FOTOLAR

27-02-2019, 07:45           
İsa Peyğəmbərin 300 illik heykəlində sirli məktub – FOTOLAR
İsa Peyğəmbərin XVIII əsrə aid heykəli üzərində işləyən ispan alimlər gizli məktub tapıblar. “Ölkə.Az” xəbər verir ki, heykəlin ayaq tərəfində gizlədilən məktub rahiblərə məxsusdur. 1777-ci ildə qələmə alınmış məktub elm dünyasının marağına səbəb olub.

Heykəl İspaniyanın şimalındakı Burqos vilayətinin Sotillo de la Ribera şəhərindəki “Santa Agueda” kilsəsindədir. Yerli tarixçi Efren Arroyo deyib: “Bu həqiqətən inanılmazdır. Bu növ heykəllərin içində əl ilə yazılmış gizli məktub tapmaq başqa bir hissdir”.

Sənəddə heykəli hazırlayan heykəltəraşın adı, kənd təsərrüfatı, ictimai məsələlər kimi yerli məlumatlar, xəstəliklər, maraqlı uşaq oyunları və dövrün məşhur buğa güləşçiləri haqqında məlumat var.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru