Çeçen “Mansur Starıy” azərbaycanlıların ünvanına işlətdiyi sözlərə görə üzr istəyib.
Axar.az xəbər verir ki, o, müraciətində Azərbaycan xalqına qarşı işlətdiyi ifadələrə görə tövbə etdiyini bildirib.
“Bu, bəzilərinin, o cümlədən mənim də inandığım erməni təxribatı idi. Buna görə mən bütün Azərbaycan xalqından dərin üzr istəyirəm. Bu, utancverici hərəkət idi”, - çeçen bildirib.