“Tesla”nın yeni texnologiyası: elektromobil cəmi 15 dəqiqəyə enerji yığacaq

7-03-2019, 14:31           
“Tesla”nın yeni texnologiyası: elektromobil cəmi 15 dəqiqəyə enerji yığacaq
Amerikanın elektrik avtomobili istehsalçısı “Tesla Inc” yeni texnologiyasının elektrik avtomobillərinin enerji yüklənməsi vaxtını 15 dəqiqəyə qədər azaldacağını iddia edir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, kompaniyanın məlumatına əsasən, “Supercharger V3” sistemi artıq Kaliforniya ştatının Firmont şəhərində quraşdırılıb və tədricən digər şəhərlərdə tətbiq olunacaq.

Hələlik bu sistemdən yalnız “Tesla Model 3” avtomobilləri istifadə edə bilir. Lakin əvvəlki elektrik avtomobili modellərinin proqram təminatının yenilənməsi onların da tezliklə yeni texnologiyaya keçməsinə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru