50 qadına əvvəl təcavüz etdilər, sonra başlarını kəsib öldürdülər

9-03-2019, 12:19           
50 qadına əvvəl təcavüz etdilər, sonra başlarını kəsib öldürdülər
İŞİD terror təşkilatı Suriyada son qalası hesab edilən Bagozda 50 yezidi qadının başını kəsərək öldürüb.

Publika.az xəbər verir ki, İraqın miqrasiya naziri Nofel Baha Musəvi öldürülən qadınların sümüklərinin ölkəyə gətiriləcəyini açıqlayıb.

Bu qadınların İŞİD-in 5 il əvvəl qaçırıb təcavüz edərək öldürüldüyü bildirilib. Məlumata görə, həmin qadınların meyiti Bagozda bir qəbristanlıqda toplu şəkildə dəfn edilib.

Qeyd edək ki, 2014-cü ilin avqust ayında İŞİD 450 min yezidinin yaşadığı Şenqal bölgəsində silahlı hücum həyata keçirmişdi. Bu zaman minlərlə yezidi öldürülmüş, çoxu qaçırılmışdı. Birləşmiş Millətlər Təşkilatı və İraq İŞİD-in yezidilərə qarşı həyata keçirdiyi bu hadisəni soyqırımı adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru