Mərakeşin Quelmim şəhərində naməlum şəxs insanlara atəş açaraq azı 11 nəfəri yaralayıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Krallığın təhlükəsizlik orqanlarındakı mənbə deyib.
"Silahlı şəxs Mərakeşin cənubunda yerləşən Quelmim şəhərində insanlara atəş açıb. 11-dən çox insan yaralanıb, bəzilərinin vəziyyəti kritikdir, onların arasında polis kapitanı da var", - deyə mənbə bildirib.