İsgəndər Həmidov “Bandotdel”ə aparılıb – Keçmiş nazirə sonuncu dəfə xəbərdarlıq edilib

12-03-2019, 20:04           
İsgəndər Həmidov “Bandotdel”ə aparılıb – Keçmiş nazirə sonuncu dəfə xəbərdarlıq edilib
Yenicag.az xəbər verir ki, bu gün günorta saatlarında Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü, keçmiş daxili işlər naziri İsgəndər Həmidovu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) aparılıb.

Bu barədə Yenicag.az-a danışan sabiq nazir bildirib ki, onu AXH-nin fəaliyyətinə və çıxışlarına görə saxlayıblar.

Həmidovun sözlərinə görə, onu saat 13:00 radələrində polislər saxlayıb və DİN-ə dəvət ediblər:

“Namaz qılıb çıxanda 5-6 nəfər yaxınlaşaraq, mədəni şəkildə bildirdilər ki, Daxili İşlər Nazirliyinə getməliyik. Ancaq yolda hərəkət zamanı gördüm ki, Nazirliyə yox, başqa istiqamətə gedirik. Soruşdum ki, “Bandotdel”ə aparırsınız? Dedilər, bəli.

Orada 4 saat 20 dəqiqə mənimlə söhbət apardılar, çıxışlarımla bağlı suallar verdilər. Soruşurdular ki, rayona gedəndə kimlərlə görüşürsən? Dedim, kim salam verirsə, onunla. Mənə bildirdilər ki, yaşlı adamsan, niyə görə xalq hərəkatı yaratmısan?”.

İsgəndər Həmidov bildirib ki, ona sonuncu dəfə xəbərdarlıq edərək, sərbəst buraxıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.