Gürcüstanda azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 hərbçi istintaqa cəlb olunub

13-03-2019, 00:00           
Gürcüstanda azərbaycanlı əsgərin döyülməsi ilə bağlı 2 hərbçi istintaqa cəlb olunub
Gürcüstanda Krtsanisi hərbi hissəsində xidmət edən əsgər Kazım Qəhrəmanovun döyülməsi və ondan pulun tələb olunması faktı üzrə 2 hərbçi müəyyən olunaraq istintaqa cəlb olunub. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Müdafiə Nazirliyinin Hərbi Polis Baş İdarəsinin rəis müavini İrakli Bazeraşvili keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, faktla bağlı operativ istintaq tədbirləri həyata keçirilib:
“Müəyyən olunub ki, mart ayının 9-da 2 hərbçi fiziki və psixoloji təzyiq göstərməklə bir neçə çağırışçıdan pul kartlarını tələb ediblər. Hazırda bütün günahkarların müəyyən olunması və cinayət məsuliyyətinə cəlb olunması istiqamətində hərbi polis əməkdaşları istintaq tədbirləri aparırlar”.
İ.Bazeraşvili qeyd edib ki, bütün günahkarlar qanun çərçivəsində ciddi formada cəzalandırılacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru