Abramoviç “Çelsi” üçün istədiyi qiyməti açıqladı

21-03-2019, 10:44           
Abramoviç “Çelsi” üçün istədiyi qiyməti açıqladı
Rusiyalı iş adamı Roman Abramoviç Londonun “Çelsi” klubunu satmağı planlaşdırır.

“Ölkə.Az” xəbər verir ki, Abramoviç klub üçün 2.5 milyard funt sterlinq tələb edir.

Abramoviçin hazırda viza problemi var və bir müddətdir ki, klubu satmaq barədə düşünür.

“Metro” nəşrinin məlumatına əsasən, İsveçrənin “FC Lausanne-Sport” klubunun sahibi olan ingilis milyarder Cim Retkliff “Çelsi”ni almaq istədi. Amma Abramoviçin 2.5 milyard funt sterlinqlik tələbinə görə görüşləri ləğv edib. Retkliff “Mançester Yunayted” klubunun tərəfdarı olsa da, “Çelsi”ni satın almaq istəyirdi və sərvətinin 21 milyard funt sterlinq olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru