FHN Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət bildirdi

21-03-2019, 19:46           
FHN Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət bildirdi
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda sərnişin avtobusunda qeydə alınan yanğın hadisəsinin Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən təkzib edilməsinə münasibət bildirib.
Teref.az xəbər verir ki, FHN-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı "Report"a açıqlamasında sərnişin avtobusunda yanğın hadisəsinin qeydə alınmasının dəqiq olduğunu deyib.

"FHN-nin saytında dərc olunan operativ məlumatları təsdiq və ya təkzib etməyi lüzumsuz görürəm. Ona görə ki, dərc olunan bütün informasiyalar konkret olaraq reallığı tam şəkildə əks etdirir. FHN-in saytında yayımlanan məlumatları dəqiqləşdirmək lüzumsuzdur", - o söyləyib.
Qeyd edək ki, FHN səhər saatlarında Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması və yanğının söndürüldüyü barədə məlumat yayıb. BNA isə paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib. Bildirib ki, martın 21-də "BakuBus" MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş versə də, hər hansı yanğın hadisəsi qeydə alınmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.