Vəkil Bakı İstintaq Təcridxanasına nüvə başlığı keçirdi

21-03-2019, 23:10           
Vəkil Bakı İstintaq Təcridxanasına nüvə başlığı keçirdi
Tanınmış vəkil Aqil Layıc Bakı İstintaq Təcridxanasında başına gəlmiş maraqlı hadisəni sosial şəbəkədə bölüşüb. Vəkil şəxsi "facebook" profilində Kürdəxanı həbsxanasındakı qələmlə bağlı olay haqda status yazıb:
"Bu gümüş qələm mənim üçün iki şeyə görə çox əzizdir. Birincisi, çox dəyərli insan tərəfindən hədiyyə edilib. İkincisi, hər zaman üzümdə təbəssümə səbəb olur. Bu təbəssümün isə qəribə tarixçəsi var. Təxminən bir il bundan qabaq Bakı İstintaq Təcridxanasının Nəzarət Buraxılış Məntəqəsindən təcridxanaya daxil olarkən əsgər qələmi gördü və başındakı qaşın nə olduğunu soruşdu. Mən də zarafatyana dedim ki, heç kimə demə, qələmin başında olan qaş deyil "nüvə başlığıdır". Gözünə döndüyüm əsgər mən getdikdən sonra məruzə edib kiməsə.
İstintaq otağında oturanda gördüm ki, qələmin başında olan "nüvə başlığının" götürülməsi üçün xüsusi zabitlərdən ibarət əməliyyat qrupu içəri daxil oldu. Ciddi-ciddi araşdırma aparmaq istəyirdilər. Mən də dedim ki, nüvə başlığı ilə məsələləri araşdırmaq MAGATE-nin ( Beynəlxalq Atom Enerjisi Təşkilatının) yurisdiksiyasına aiddir və Məhəmməd Əl-Baradey gəlsin. Müəyyən polimikadan sonra getdilər".
kriminal.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.