Tehrandan Şuşadakı erməni məktəblilərə sovqat gəldi...-FOTOLAR

3-04-2019, 21:52           
Tehrandan Şuşadakı erməni məktəblilərə sovqat gəldi...-FOTOLAR
Fotodan göründüyü kimi, Şuşadakı kollecin girişindəki adı rus(!) dilində də yazılıb...
İran paytaxtındakı erməni icmasının yaratdığı “Tevanik” xeyriyyə təşkilatı Azərbaycanın işğal altındakı bir sıra məntəqələrinə, o cümlədən Şuşadakı erməni kolleclərindən birinə kompüter və digər ləvazimatlardan ibarət yardım gətirib.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, “Tevanik” erməni xeyriyyə təşkilatı 2014-cü ildən Qarabağda layihələr icra etməyə başlayıb. Ötən illərdə təşkilat Şuşa və Xankəndində qadınlar üçün əl işləri sexləri açıb. Əsgəran yaxınlığındakı kəndlərdən birində gündə 1 ton meyvə quruda bilən xüsusi qurğu quraşdırıb. Hərbçilərə, çoxuşaqlı ailələrə və s. yardım göstərib.

P.S. Fotodan göründüyü kimi, Şuşadakı kollecin girişindəki adı rus(!) dilində də yazılıb...

Sultan Laçın













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru