İzləyicilərinə maşın paylayan azərbaycanlı bloqerə 10 milyonluq zərbə - FOTO

3-04-2019, 23:44           
İzləyicilərinə maşın paylayan azərbaycanlı bloqerə 10 milyonluq zərbə - FOTO
“Əsas səhifəm ələ keçirilib. İndi buradayam. Bu, mənim ikinci hesabımdır”
Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənovun 10 milyonluq “Instagram” hesabı bağlanıb. Teref.az Oxu.az-a istinadən xəbər verir ki, Hüseynin hesabının hansı səbəbdən bağlanması məlum olmasa da, bloqer “İnstagram”da yeni hesab açaraq bu sözləri yazıb: “Əsas səhifəm ələ keçirilib. İndi buradayam. Bu, mənim ikinci hesabımdır”.

Qeyd edək ki, Hüseyn izləyicilərinə dəfələrlə özünün istifadə etdiyi dəbdəbəli avtomobillərini hədiyyə verməsi ilə gündəm olub. Bu hərəkəti ilə H.Həsənov böyük auditoriyanın rəğbətini və sevgisini qazanmağı bacarıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru