Venesuelada Xuan Quaydo barəsində cinayət işi başlayıb

4-04-2019, 07:24           
Venesuelada Xuan Quaydo barəsində cinayət işi başlayıb
Venesuela Milli Müəssislər Məclisinin Hüquq məsələləri üzrə komissiyanın rəhbəri Xulio Qarsia Serpa ölkə televiziyasının efirində müxalifət lideri Xuan Quaydo barəsində cinayət işinin başlandığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Onun barəsində Ali Məhkəmə və baş prokurorun məşğul olacağı cinayət işi başlanır", - deyə o bildirib.

Xulio Qarsia Serpa vurğulayıb ki, "məhkəmə müvafiq sübutlar əsasında qərar qəbul edəcək". O, əlavə edib ki, Quaydonun "özünü müdafiə hüququ olacaq".

"O, etdiyi hər şeyə görə ödəməli olacaq. O, vətənə xəyanətinə görə ödəməli olacaq", - deyə Serpa bildirib.

Daha əvvəl Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun 45 gün müddətinə həbsi barədə qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru