Ceff Bezosun xanımı boşanarkən "Amazon"un 75% səhmini ona verib

5-04-2019, 08:24           
Ceff Bezosun xanımı boşanarkən "Amazon"un 75% səhmini ona verib
Dünyanın ən varlı insanı, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos xanımı Makkenzi Mezosdan boşanıb. Boşanma prosesində Makkenzi “Amazon”un səhmlərinin 75 faizinin, eləcə də "The Washington Post" qəzetindəki və "Blue Origin" şirkətindəki paylarının C.Bezosa verilməsinə razı olub.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə M.Bezos bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.

“Cefflə yollarımızı ayırmaqda dəstəyi olanlara minnətdaram. "The Washington Post" və "Blue Origin"dəki bütün payımın, eləcə də “Amazon”a aid səhmlərin 75%-nin verilməsinə görə çox xoşbəxtəm”, - Makkenzi belə yazıb.
Qeyd edək ki, C.Bezos 2018-ci ildə öz sərvətini 115 mlrd. dollara çatdırıb və bununla da dünyanın ən varlı insanlarının siyahısında birinci yeri tutub. Bezosun “Blue Origin” adlı aerokosmik şirkəti, ABŞ-ın müxtəlif yerlərində daşınmaz əmlakları və Beverli-Hilsdə qiyməti 12,9 milyon dollar olan malikanəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru