Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib

7-04-2019, 09:11           
Əfqanıstanda əməliyyat zamanı İŞİD-in 70 silahlısı zərərsizləşdirilib
Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

"Report"un məlumatına görə, bu barədə "Khaama Press" xəbər verib.

Xəbərdə bildirilir ki, əməliyyat ölkənin şərqində, Nanqarhar əyalətində təşkil olunub. Hojani ərazisində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə olan azı 70 döyüşçü zərərsizləşdirilib.

Məlumata görə, əməliyyat zamanı həmçinin terrorçuların silah anbarı da məhv edilib.

Qeyd edək ki, dünən Əfqanıstanda törədilən partlayışlar nəticəsində azı 2 nəfər ölüb, 20 nəfərədək insan xəsarət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru