ABŞ-da atışma zamanı azı 2-i uşaq olmaqla, azı 6 nəfər yaralanıb

7-04-2019, 09:12           
ABŞ-da atışma zamanı azı 2-i uşaq olmaqla, azı 6 nəfər yaralanıb
ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Chicago Tribune" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, hadisə Çikaqo yaxınlığında, İllinoys ştatında baş verib. Uest İnqlvud yaşayış məntəqəsində ailəvi şənlik mərasimi zamanı baş verən atışma zamanı 6 nəfər yaralanıb. Məlumata görə, yaralılar arasında 2 uşaq da var.

Hadisəni törədənin şəxsiyyəti və cinayətin səbəbi barədə məlumat yoxdur.

Daha əvvəl Birləşmiş Ştatların Sietl şəhərində silahlı insident zamanı 2 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru