Bakıda məşhur ginekoloqun oğlu məktəbdə döyüldü FOTO

7-04-2019, 15:51           
Bakıda məşhur ginekoloqun oğlu məktəbdə döyüldü FOTO
Bakının məhşur liseyində şagird ölümcül döyülüb. Criminal.az saytının məlumatına görə, "İdrak Liseyi"nin IX sinif şagirdi IX sinif şagirdi, 15 yaşlı Qalib Qasımov yuxarı sinif şagirdləri tərəfindən döyülüb.
Məlumata görə, 4 şagird birləşərək Qalibi məktəbin ayaqyoluna apararaq orada möhkəm döyüblər. Müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Liseyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur İsmayılova Criminal.az saytına bildirdi ki, dərsdən çıxan zaman uşaqlar arasında insident olub. Q.Qasımovun valideynləri narahat olaraq xəstəxanaya müraciət ediblər, sonra uşaq evə buraxılıb. Hazırda səhhətində heç bir problem yoxdur.
Döyülən şagird tanınmış cərrah-ginekoloq Könül Qarayevanın oğludur. O, Criminal.az saytına bildirdi ki, hazırda oğılunun vəziyyəti pisdir. Onun müalicəsi ilə məşğul olduğunu deyən ginekoloq əlavə suallara cavab vermədi.
Q.Qasımov bir vaxtlar məhşur məktəb direktoru olmuş Həqiqət Qarayevanın nəvəsidir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru