Çexiyanın Rimarjov şəhərinin meriya binasında partlayış baş verib

10-04-2019, 00:30           
Çexiyanın Rimarjov şəhərinin meriya binasında partlayış baş verib
Çexiyanın şimal-şərqində yerləşən Rimarjov şəhərinin meriya binasında partlayış baş verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Lyudek Simko bildirib. O, qeyd edib ki, partlayış zamanı xəsarət alan olmayıb: “Partlayıcı qurğunun meriya binasına kimin keçirdiyini bilmirik. Partlayışdan sonra isə yanğın baş verib”.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Lakin onlar partlayışa səbəbin bomba olmasını təsdiq etməyiblər.
Buna baxmayaraq yerli sakinlər jurnalistlərə bildiriblər ki, polislər ehtimal olunan cinayətkarı saxlayıblar. O, meriyanın qarşısında olan bankın binasında həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru