Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib

10-04-2019, 07:43           
Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib
Tibetin dini lideri XIV Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib.

"Report" NDTV-yə istinadən xəbər verir ki, bu haqda onun şəxsi katibi açıqlama yayıb.

Məlumata görə, 80 yaşlı Dalay-Lama Dehlidə şəxsi iqamətgahında istirahət edən zaman özünü narahat hiss edib. Onu dərhal xəstəxanaya aparıblar. Müayinədən sonra onun ağ ciyərlərində infeksiya aşkarlanıb. Qeyd olunub ki, o, bir neçə gün xəstəxanada qalacaq.

Qeyd edək ki, XIV Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.