Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub – FOTOLAR

12-04-2019, 22:54           
Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub – FOTOLAR
Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub.

“Report”un Qarabağ mərkəzinin məlumatına görə, hadisə Bərdə rayonunda qeydə alınıb.

Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizminə mənfi təsir göstərdiyi və ona təcili olaraq yenidən əməliyyat olunması tövsiyə edilib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru