Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər

14-04-2019, 18:34           
Rusiyada azərbaycanlıları xarab kartofa görə güllələdilər
Rusiyada mübahisə zamanı iki Azərbaycan vətəndaşı güllələnib.

Teref.az-ın verdiyi xəbərə görə, “Komsomolskaya pravda” nəşrinin yazdığına görə, onlardan biri ölüb, digəri isə təsadüf nəticəsində sağ qalıb.

Bildirilir ki, mübahisəyə səbəb çürük kartof olub. Sağ qalan azərbaycanlı bildirib ki, dostu ilə meyvə-tərəvəz bazarına gələrək bir nəfərdən 15 ton kartof alıblar. Lakin kartof anbara gətiriləndə, azərbaycanlılar aldadıqlarını başa düşüblər. Belə ki, məhsulun böyük hissəsi xarab olub.

Onlar bazara qayıdaraq satıcıdan pulun qaytarılmasını tələb ediblər. Kartofu satan şəxs isə malın dediyi əraziyə çatdırılacağı təqdirdə pulu qaytaracağını deyib. Vəd olunan saatda kartofla dolu maşın əraziyə gələndə, azərbaycanlılar orada naməlum şəxsləri görüblər. Sonra onların arasında mübahisə yaranıb. Bu zaman kartofu satan şəxsin adamlarından biri azərbaycanlılara odlu silahdan atəş açıb.

Qətli törədən şəxs polis tərəfindən axtarılır.
mənbə oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru