Prorektor işdən çıxarılmasından danışdı

16-04-2019, 00:00           
Prorektor işdən çıxarılmasından danışdı
Bu gün mətbuatda Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Sani Hacıyevi və İqtisadi və təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlını vəzifələrindən azad etməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən BDU-nun İqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı məlumatı təkzib edib və iş başında olduğunu deyib: "Mən və Sani Hacıyev fəaliyyətimizi davam etdiririk. İşdən azad olunmağımızla bağlı da ərizə yazmamışıq. Nə də ki, bununla bağlı bizi dəvət edən olmayıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.