Notr-Dam-de-Pari kilsəsində yanğın söndürülüb - VİDEO

16-04-2019, 07:52           
Notr-Dam-de-Pari kilsəsində yanğın söndürülüb - VİDEO
Fransanın Notr-Dam-de-Pari kilsəsində baş vermiş yanğın söndürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yanğınsöndürənlərə istinadən "Le Figaro" qəzeti yazıb.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.

Ehtimal edilir ki, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.

Paris meri Ann İdalqo açıqlamasında bildirib ki, kilsənin mehrabı və mehrab xaçı yanğın zamanı zərər çəkməyib.

Hazırda yanğınla bağlı "tarixi abidənin bilmədən yandırılması" maddəsi üzrə istintaq işlərinə başlanılıb.

Paris Prokurorluğu hadisənin cinayət əməli deyil, qəza nəticəsində baş verdiyini güman edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru