Ruslar ŞOKDA: "QATİL" ilk zərbəni endirdi - FOTO

16-04-2019, 08:19           
Ruslar ŞOKDA: "QATİL" ilk zərbəni endirdi - FOTO
İsrailin Suriyaya son aviazərbələrin zamanı “F-16 Fighting Falcon” qırıcısı ən yeni aeroballistik raket olan “Rampage”dən ilk dəfə istifadə edib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda tvitter hesabında Maltadan olan hərbi analitik Babak Taqvey yazıb.

Qeyd edək ki, “Rampage” ilk dəfə 2018-ci ilin iyununda nümayiş etdirilib.

İsrailin IMS (Israel Military Industries) və IAI (Israel Aerospace Industries) şirkətləri tərəfindən yaradılan “Rampage”ni dördüncü və beşinci nəsil qırıcılardan, xüsusi halda, “F-15 Eagle”, “F-16 Fighting Falcon” və “F-35 Lightning II” qırıcılarından işə salmaq mümkündür. Silah zenit-raket komplekslərinin və rəqibin maddi obyektlərinin məhvi üçün nəzərdə tutulub. Silah Rusiya istehsalı "Pantsir" zenit-raket kompleksinin "qatili" hesab edilir.

Raketin uçuş məsafəsi 150 kilometr təşkil edir, uzunluğu 4,7 metr, döyüş hissəsi isə 150 kiloqramdan çoxdur.

Xatırladaq ki, İsrail Suriyanın Hama əyalətinə son aviazərbələri aprelin 13-də endirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru