ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb - VİDEO

17-04-2019, 03:25           
ABŞ-da sürücü qəsdən piyadaları vurub, 6 nəfər xəsarət alıb - VİDEO
ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) sürücü avtomobili qəsdən piyadaların üstünə sürüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda polisə istinadən ABC telekanalı bildirib.

Məlumata görə, hadisə şəhərin şimal hissəsində yerləşən küçədə baş verib. Hadisə zamanı 6 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Qəzanı törədən şəxs saxlanılıb, onun şəxsiyyəti açıqlanmır.

Polis güman edir ki, sürücü piyadaları mübahisəyə görə avtomobillə vurub.

Daha əvvəl ABŞ-ın Darem şəhərində (Şimali Karolina ştatı) yaşayış binasında partlayış baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru