138 nəfər həbs edildi – Müsəlman ölkəsindən İran kəşfiyyatına AĞIR ZƏRBƏ

17-04-2019, 15:57           
138 nəfər həbs edildi – Müsəlman ölkəsindən İran kəşfiyyatına AĞIR ZƏRBƏ
Bəhreyndə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə olan 138 nəfər ölkə vətəndaşlığından çıxarılıb.

Bu barədə Bəhreynin baş prokuroru Əhməd əl-Həmadi jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədən çıxarılan qrup üzvləri istintaqda dindirilib:

“Onlar “Hizbullah” və SEPAH-la əlaqədə olmaqda ittiham ediliblər. 3 ildən ömürlük həbsə qədər məhkum olunublar. Məhkəmənin qərarı ilə müttəhimlərdən 69-u ömürlük həbsə məhkum edilib. Həmçinin axtarışda olan müttəhimlərdən 10-u qiyabi şəkildə mühakimə edilib”.

Qeyd edək ki, ABŞ rəsmi olaraq SEPAH-ı terror təşkilatı elan edib. (teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru