Sudan parlamentinin spikeri hava limanında saxlanıldı
17-04-2019, 22:37
Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq hava limanında saxlanılıb.Bir müddət öncə isə Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü bildirmişdi.
Bundan əlavə, o, ölkədə 2005-ci ilin konstitusiyasının artıq qüvvədən düşdüyünü və ölkə ərazisində üç ay müddətinə fövqəladə vəziyyət elan edildiyini qeyd etmişdi.