Moskvanın Vnukovo hava limanından havalanan təyyarəni alov bürüyüb. Teref.az yazır ki, Ura.news saytının məlumatına görə, təyyarə havaya qalxmaq istədiyi anda ikinci mühərrik alovlanıb. Sərnişinlərdən biri alovu görüb xəbər edincə, təyyarə dayandırılıb, sərnişinlər təxliyə edilib. Hadisənin səbəbi araşdırılır.