Sudanın devrilmiş prezidentinin qardaşları həbs olunub 18-04-2019, 07:46 Sudanın sabiq prezidenti Ömər əl-Bəşirin qardaşları Abdulla və Abbas korrupsiya ittihamı ilə əlaqədar olaraq həbs olunublar."Report" xəbər verir ki, bunu Xartumda Sudan Hərbi Şurasının rəsmi nümayəndəsi Şəms əd-Din əl-Kubaşi İbrahim deyib.Hərbçinin sözlərinə görə, devrilmiş rejim nümayəndələrinin həbsləri davam edir:"Bu, ilk növbədə korrupsiya fəaliyyətində şübhəli bilinən kəslərə aiddir". Facebook-da paylaş