Özəl klinikalarla mobil operatorların gizli oyunu - ŞİKAYƏT VAR

10-11-2015, 15:57           
Özəl klinikalarla mobil operatorların gizli oyunu - ŞİKAYƏT VAR
"Alo salam Cavid müəllim, sizi özəl klinikadan narahat edirik. Bizdə bu həftə endirimli müayinələr olacaq. Sizi müayinəyə dəvət edirik”.

Özəl klinikalardan tez-tez mobil telefonumuza belə zənglər daxil olur. Maraqlıdır ki, zəng vuran klinika işçisi həmişə incə səsli xanımlar olur. Xanım zəng etdiyi şəxslə səmimi və çoxdan tanış kimi danışır. Çox vaxt isə zəng vurduğu şəxsin birbaşa adını deyir.

Bu zənglərlə bağlı redaksiyamıza çoxlu şikayətlər daxil olur. Şikayətçilərdən biri Cavid Əliyev deyir ki, ona zəng vuran xanımdan maraqlanıb ki, nömrəsini və adını hardan bilir. Klinika işçisi isə bildirib ki, nömrəni elə birbaşa mobil operatordan götürüb. Xanımın sözlərinə görə, klinikanın mobil operatorlarla müqaviləsi var. Müqaviləyə əsasən nömrələri onlardan götürürlər.

Qeyd edək ki. mobil telefonlara zəng və mesajlar təkcə özəl klinikaların xidmətləri ilə deyil, həm də dərman reklamları ilə bağlı da olur.

Əslində isə vətəndaşların belə zənglər və mesajlarla narahat edilməsi düzgün addım deyil. Bu barədə tibbi ekspert Adil Qeybulla bizə açıqlamasında bildirib. Onun sözlərin görə, hazırda reklam haqqında qanunda bununla bağlı müəyyən boşluqlar olduğu üçün tədbir də görmək mümkün deyil.

"Qanunla dərmanların reklam edilməsi qadağandır. Xəstəxanalar isə müəyyən şəkildə xidmətləri barədə məlumatlandırma apara bilər. Lakin bunu informasiya vasitələrilə edə bilərlər. Birbaşa insanların mobil telefonuna zəng vurmaq isə düzgün deyil”, - deyə Adil Qeybulla bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, özəl klinikaların fəaliyyəti mütəmadi olaraq yoxlanılır. Lakin nazirlik olaraq, özəl klinikaların reklam işlərinə nəzarət etmək onların səlahiyyətində deyil. Səhiyyə Nazirliyi yalnız özəl klinikadan şikayət daxil olduqda bu məsələyə müdaxilə edə bilər... (Baku.ws)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.