Metroda HƏYƏCANLI ANLAR: sərnişinlər boşaldıldı, qatar...

18-06-2019, 09:26           
Metroda HƏYƏCANLI ANLAR: sərnişinlər boşaldıldı, qatar...
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 15 dəqiqə gecikmələr müşahidə olunub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, gecikməyə səbəb qatarların birində yaranmış texniki nasazlıq olub:

“Həzi Aslanov” - “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında dayanarkən texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru