Atasının ölümünə dözməyib özünü körpüdən atdı - YENİLƏNİB -FOTO

11-08-2019, 21:47           
Tovuz rayonunda 18 yaşlı qız özünü rayonun girişindən keçən Tovuz çayının üzərində inşa edilən körpüdən ataraq intihara cəhd edib.

Rayon sakini 2001-ci il təvəllüdlü Hüseynova Kifayyət Məhəmməd qızı Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib, vəziyyəti ağırdır. Reanimasiya şöbəsinə yerləşdirilən qızın koma halında olduğu deyilir. Hadisə yerinə Tovuz rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.

İlkin məlumatlata görə, qızın özünü öldürməsinə səbəb atasının ölümüdür.

Belə ki, bir müddət öncə K.Hüseynova atasını itirib və bunun stresini üzərindən ata bilməyib. K.Hüseynova daha öncədə evdən qaçıb və canına qıymaq istəyib. Lakin ilk cəhdində onu xalası son anda ölümdən qurtarıb.

Faktla bağlı Tovuz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.(baku.ws)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru