Qubada bir ailədə 4-cü intihar - ana özünü yandırdı, qardaşlar asıldı

3-09-2019, 10:10           
Qubada bir ailədə 4-cü intihar - ana özünü yandırdı, qardaşlar asıldı
63 yaşlı kişi ağrılara dözməyərək həyatına son qoyub

Qubada ailənin dördüncü üzvü də intihar edib. İstiPress-in Şimal bürosunun məlumatına görə, Nügədi Qazmalar kəndində 63 yaşlı sakin özünə qəsd edərək həyatına son qoyub. Rusiya vətəndaşı, Dağıstan Respublikasının Kızilyurd rayonunda qeydiyyatda olan Ağakərim Miri oğlu Quliyev özünü yaşadığı evin həyətindəki yarım tikilidən asıb.

Quba rayon prokurorluğu və polis şöbəsinin növbətçi hissəsindən bu barədə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlayıb. Hadisə yerinə baxış keçirilib və meyid xarici-daxili müayinədən keçirilib. Araşdırma nəticəsində məlum olub ki, Ağakərim Quliyev insult xəstəsi olub. Ehtimala görə, o xəstəliyi nəticəsində meydana çıxan ağrılara dözməyərək özünü öldürüb.

Hüquq-mühafizə orqanlarının araşdırması zamanı o da aydın olub ki, bu, son Quliyevlər ailəsində baş verən 4-cü intihar hadisəsidir. 1986-cı ildə qardaşı Mirağa Miri oğlu Quliyev özünü Samur-Abşeron kanalına atıb. 1995-ci ildə Ağakərim Quliyevin anası Nurcahan Hacıqulu qızı Quliyeva özünü yandırıb. Digər qardaşı Mirsəməd Miri oğlu Quliyev 2017-ci il oktyabr ayının 17-də özünü yaşadığı evin hamamında tavandan asıb.

Faktla bağlı CM-nin 125-ci maddəsilə cinayət işi açılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.