Bu universitetdə bütün dekanlar vəzifəsindən azad edildi

8-10-2019, 00:00           
Bu universitetdə bütün dekanlar vəzifəsindən azad edildi
Azərbaycan Texniki Universitetində (AzTU) struktur dəyişiklikləri davam edir.

TED.az-ın əldə etdiyi məlumata görə, universitetin bütün fakültələrinin dekanları vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı AZTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza bildirilib ki, dekanların vəzifəsindən azad edilməsi Elmi Şuranın qərarı ilə universitetdə həyata keçirilən islahatlarla əlaqədardı.

“Hazırda bəzi fakültələr birləşdirilib, bəzillərinin adları dəyişdirilib. Əvvəlki dekanlar dekan vəzifəsini müvəqqəti olaraq icra edirlər. Yaxın zamanlarda dekan seçiləri təşkil olunacaq”, - deyə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən əlavə edilib.

Qeyd edək ki, AzTU-nun yeni rektoru, professor Vilayət Vəliyev oktyabrın 2-də keçirilən Elmi Şurada stuktur dəyişikliklərinə və islahatlara start verildiyini elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru