Kimya üzrə Nobel mükafatının qalibləri AÇIQLANDI

9-10-2019, 16:09           
Kimya üzrə Nobel mükafatının qalibləri AÇIQLANDI
2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.

Teref.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mükafat John B.Goodenough (ABŞ), M.Stanley Whittingham (Böyük Britaniya) və Akira Yoshinoya (Yaponiya) verilib.

Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.

Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.//Apa.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru